Peskov: Rusiya və ABŞ bu mövzuyla bağlı danışıqlar aparmır


Hazırda Rusiya və ABŞ strateji hücum silahları, orta və qısa mənzilli raketlər, raketdən müdafiə və ya açıq səma haqqında sazişləri müzakirə etmirlər.

Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

“Xeyr, bu məsələlərlə bağlı danışıqlar aparılmır".

SPİEF-in plenar iclasında Rusiya prezidenti Vladimir Putin Rusiya-Amerika münasibətləri kontekstində strateji sabitlik mövzusunu qeyd etməyib.

Ötən iyulda Putin qeyd edib ki, beynəlxalq sabitlik və təhlükəsizliyin əsasını təşkil edən əsas sənədlər ABŞ tərəfindən məhv edilib. Rusiya yalnız bu hərəkətləri nəzərə alıb cavab verə bilərdi. Prezident vurğulayıb ki, strateji sabitlik üçün növbəti hüquqi bazanın yaradılması məsələsi aktualdır, lakin Vaşinqtonun mövqeyini başa düşmək vacibdir. Moskva bu işə hazırdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ