“"Şir kimi insanlar" əməliyyatı zamanı biz birlikdə İsrail tarixində görünməmiş nailiyyətlər əldə etdik”
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-ın İrana zərbə endirməsindən sonra həmvətənlərinə müraciət edib. Turkustan.az xarici mediaya istinadən bildirir ki, Baş nazir İranın nüvə obyektlərini məhv etmək vədinin yerinə yetirildiyini açıqlayıb.
"Əziz İsrail vətəndaşları, qardaşlarım və bacılarım, "Şir kimi insanlar" əməliyyatı zamanı biz birlikdə İsrail tarixində görünməmiş nailiyyətlər əldə etdik. Yadınızdadır ki, əməliyyatın əvvəlindən mən sizə söz vermişdim ki, İranın nüvə obyektləri bu və ya digər şəkildə məhv ediləcək. Bu vəd yerinə yetirildi", -Netanyahu vurğulayıb.
Baş nazir zərbələrin İsrail və ABŞ ordusu arasında koordinasiyası ilə həyata keçirildiyini bildirib.