Bu gün Azərbaycanın paytaxtı Bakıda diqqət çəkən hadisə yaşanıb. Dünyanın ən böyük sərnişin təyyarəsi olan Airbus A380, texniki nasazlıq səbəbilə Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş edib.
Turkustan.az xəbər verir ki, təyyarə Qantas Hava Yolları şirkətinə məxsusdur. Avstraliya şirkətinə məxsus bu nəhəng hava gəmisi Londondan havaya qalxmış və Sinqapura eniş etməli idi. Lakin uçuş zamanı texniki göstəricilərdə yaranan problem səbəbindən kapitan təhlükəsizlik məqsədilə Bakıya enmək qərarına gəlib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən təyyarənin Bakı səmasında alçaq hündürlükdə manevrlər etdiyi, daha sonra isə uğurla eniş etdiyi görünür. Eniş zamanı hər hansı sərnişin və ya ekipaj üzvü arasında xəsarət alan olmayıb.
Hadisənin görüntülərini təqdim edirik:
yenisabah.az