Gəncədə güclü külək: elektirik verilişi dayandırıldı


Hazırda Gəncə şəhərində güclü külək əsir, bu səbəbdən 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Turkustan.az Report-a istinadən xəbər verir ki, külək nəticəsində yaranmış toz dumanı, həmçinin avtomobillərin hərəkətində də qismən çətinlik yaradıb.

Küləkli hava şəraiti səbəbindən başqa fəsadların olub-olmaması aidiyyəti qurumlar tərəfindən araşdırılır.

***

Gəncədə güclü külək səbəbindən 4-cü mikrorayon ərazisində elektrik təsərrüfatına zərər dəyib.

Külək səbəbindən qısaqapanma baş verib, elektrik xətləri sıradan çıxıb. Nəticədə mikrorayon ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və problemin həlli istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir. Külək səbəbindən bir neçə ağac aşıb.


MANŞET XƏBƏRLƏRİ