NATO hazırda Hörmüz boğazı ilə bağlı məsələlərin həllində birbaşa iştirak etmir. Bununla belə, Alyansa üzv dövlətlər qüvvələrini regiona yaxın ərazilərə yerləşdirərək, zəruri şərait yaranacağı təqdirdə vəziyyətə müdaxilə etməyə hazırdırlar.
Turkustan.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib.
“NATO hazırda birbaşa rol oynamır, lakin alyans üzvləri bu prosesdə iştirak edirlər. Onlar qüvvələrini həmin bölgəyə daha yaxın ərazilərə köçürürlər. Düşünürəm ki, zəruri şərtlər formalaşdıqda, onlar üzərilərinə düşən vəzifəni yerinə yetirə biləcəklər”, – admiral vurğulayıb.
C.K.Draqone qeyd edib ki, burada söhbət NATO-nun özündən deyil, Alyans üzvlərindən və tərəfdaş ölkələrdən ibarət könüllülər koalisiyasından gedir.
Onun sözlərinə görə, könüllülər koalisiyasına daxil olan dövlətlər vəziyyətə müdaxilə etmək üçün lazımi şərtlərin yaranacağı halda fəaliyyətə keçməyə hazırlaşırlar. /axar.az/