Xameneinin dəfninə hazırlıq başladı


İran hökuməti ABŞ və İsrail hücumları zamanı həlak olan keçmiş ali lider Ayətullah Əli Xameneinin genişmiqyaslı dəfn mərasiminə hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə İranın dövlət KİV-ləri məlumat yayıb.

Daha əvvəl mərasim ABŞ və İsraillə müharibə səbəbindən təxirə salınmışdı.

Tehranın İslam Təbliğatı üzrə Koordinasiya Şurasının rəhbəri Möhsün Mahmudinin sözlərinə görə, mərasimin keçiriləcəyi tarix hələ müəyyən edilməyib. Bununla belə, tədbirin təşkili üçün xüsusi qərargah yaradılıb.

Xatırladaq ki, 30 ildən artıq müddətdə İrana rəhbərlik etmiş Ayətullah Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin ilk hava zərbələri nəticəsində həlak olub. Həmin hücumlardan sonra bölgədə müharibə başlayıb. Onun yerinə keçən oğlu Müctəba Xamenei də həmin zərbələr zamanı yaralanıb və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb.

Aprel ayında Ayətullah Əli Xameneinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilsə də, müharibə səbəbindən əvvəlcədən planlaşdırılan dəfn mərasimi baş tutmayıb.

Dövlət televiziyasının məlumatına görə, bütün qurumlar mərasimin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq görür. Rəsmi tarix elan edildikdən sonra mərasimdə çoxsaylı insanın iştirak edəcəyi gözlənilir.

Aprel ayından etibarən ABŞ və İran arasında atəşkəs rejimi qüvvədə olsa da, münaqişənin tam başa çatması ilə bağlı yekun razılaşma hələ əldə olunmayıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ