“Hadisəni eşidən kimi qaçıb gəldik. Direktoru tanıyırıq, içəridən dedilər ki, bu şayiədir”.
Bu barədə Bizim.Media-ya övladı “İdrak” liseyində təhsil alan valideynlərdən biri məlumat verib.
“Əsas odur ki, uşaqların hər biri sağlamdır", - deyə o bildirib.
Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.