Multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanallarının ("МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!") çıxarılması ilə bağlı Audiovizual Şuraya vətəndaşlardan müraciətlər daxil olur.
Turkustan.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər.
***
08:13
Azərbaycanda "Match TV" kanalının yayımı dayandırılıb.
Bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.
Məlumata görə, "Match TV" kanalının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalın yayımı dayandırılıb.
Qeyd edək ki, "Match TV" 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.