Rusiyanın "Atəşkəs" oyunu: Ukrayna bu təklifə nə cavab verəcək? - ŞƏRH


Bu gün İstanbulda Rusiya-Ukrayna qarşılaşmasının ikinci raundu keçirildi. Bu dəfə də görüş liderlər səviyyəsində deyil, nümayəndələr səviyyəsində keçirildi və görüşdən sonra yavaş-yavaş hər iki tərəfdən açıqlamalar gəlməyə başladı.

Slutski bildirdi ki, İstanbul görüşünün ikinci turu sülh yolunda növbəti mərhələ oldu. Həmçinin Rusiya Ukrayna tərəfinə cəbhənin müəyyən hissələrində iki-üç günlük atəşkəs təklif edib. Lakin məlumdur ki, Ukraynaya 3 günlük yox, daimi atəşkəs lazımdır.

Maraqlıdır görəsən Ukrayna Rusiyanın bu dəfəki atəşkəs təklifinə nə cavab verəcək? Ümumiyyətlə bu görüşü sülhə bir işarə kimi dəyərləndirmək olardımı? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi

Oqtay Qasımov

Rusiya-Ukrayna danışıqlarının ikinci raundunda çox ciddi dəyişikliklərin olacağını düşünmürəm. Çünki, tərəflər arasında hadisələrə münasibət çox ciddi şəkildə bir-birindən fərqlənir. Ukraynaya 2-3 günlük yox, daimi və dərhal atəşkəs lazımdır. Rusiya isə müharibəni uzatdıqca uzadır və mövqeyi tamamilə əksdir. Rusiya öncə danışıqlar, sonra atəşkəs deyir. Ukrayna artıq təkliflərini açıqladı, lakin Rusiyanın bunu qəbul edəcəyi inandırıcı görünmür. Rusiya kifayət qədər maksimalist tələblərlə çıxış edir. Doğrudur, dünən baş verənlər Rusiya üçün bir siqnal oldu. Hesab edirəm ki, ikinci raund birincidən çox ciddi şəkildə fərqlənməyəcək. Tərəflərin mövqeyində bəzi anlaşmalar ola bilər, bu da bir az zaman alacaq. Rusiya danışıqlarla imitasiya edir. Hər halda zamanla Rusiyanın mövqeyində hansısa dəyişikliklərin olub-olmayacağını görəcəyik.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ