Rusiya Ukrayna tərəfinə cəbhənin müəyyən hissələrində iki-üç günlük atəşkəs təklif edib.
Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna ilə danışıqların ikinci raundundan sonra deyib.
“Biz cəbhənin müəyyən ərazilərində iki-üç günlük konkret atəşkəs təklif etdik. Komandirlər öz əsgərlərinin cəsədlərini götürə bilsinlər"-deyə, Medinski əlavə edib.
Aytən Yaşar/ Turkustan.az