İstanbul danışıqları başladı: Hakan Fidan çıxış etdi


İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Turkustan.az bu barədə TASS-a istinadən xəbər verir.

Görüşdən əvvəl çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, tərəflər arasında danışıqların birinci raundu zamanı vacib addımlar atılıb.

Onun sözlərinə görə, danışıqların ikinci raundu zamanı isə ölkə liderlərinin görüşü məsələsinin nəzərdən keçirilməsi gözlənilir.

Bununla yanaşı, o, bugünkü danışıqlar zamanı əsirlərin mübadiləsinə dair yeni razılaşmaların əldə ediləcəyinə ümid bəslədiyini vurğulayıb. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ