Rusiya Britaniyanı qorxuya saldı - Müharibəyə hazırlıq rejimi elan edildi


“Böyük Britaniya hökuməti ciddi dəyişikliklərə başlayıb. Bunlardan biri müharibə hazırlığı rejiminə keçməkdir”.

Turkustan.az xəbər verir ki, bunu Britaniya Baş naziri Kir Starmer BBC-yə deyib.

O, Rusiya təhdidinin kifayət qədər ciddi olduğunu vurğulayıb.

“Britaniya öz ordularını müharibəyə göndərir” sualına Starmer belə cavab verib:

“Ümid edirəm, belə bir şey olmayacaq. Lakin Rusiya təhdidini görməzdən gəlmək mümkün deyil. Müharibəyə hazır olmalıyıq”. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ