Almaniyanın keçmiş xarici işlər naziri Annalena Baerbok Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasının sədri seçilib.
Turkustan.az xəbər verir ki, Baerbokun namizədliyinə qarşı çıxan ölkələr arasında Rusiya da olub, digər 14 ölkə isə bitərəf qalıb.
2021-ci ilin dekabrından 2025-ci ilin may ayına qədər Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən 44 yaşlı Baerbok sentyabrın 9-da BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclaslarından əvvəl sədrlik edəcək.
Aytən Yaşar/ Turkustan.az