Medinski və Umerov danışıqlardan əvvəl 2,5 saat danışıblar - TASS


Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətlərinin başçıları Vladimir Medinski və Rustem Umerov iki saat yarım davam edən nümayəndə heyətlərinin görüşündən əvvəl danışıqlar aparıblar.

Turkustan.az xəbər verir ki, TASS-a mənbə bildirib ki, bu, gələcək danışıqların effektiv kursunu əvvəlcədən müəyyən edib.

"Nümayəndə heyətləri arasında danışıqlardan əvvəl Medinski ilə Umerov arasında 2,5 saat davam edən ikitərəfli görüş baş tutub. Bu, gələcək danışıqların effektiv kursunu əvvəlcədən müəyyən edib", - mənbə bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ