Azərbaycan ayıları Britaniyaya aparıldı - VİDEO


Azərbaycanda qəfəsdə saxlanılan Benji və Balu adlı ayılar Böyük Britaniyaya aparılıb.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı “Wildheart Animal Sanctuary” adlı heyvan müdafiə təşkilatı yayıb.

Bildirilib ki, onlar Azərbaycanda bir restoranda dar qəfəsdə səfalət içində yaşayıblar. Aclıqdan və ciddi xəsarətlərdən əziyyət çəkən bu ayılar müştəriləri cəlb etmək üçün orada saxlanılıbmış.

Benji və Balunun Azərbaycandan avtomobil, dəmir yolu və ya dəniz yolu ilə daşınmasının çətin olduğu qeyd olunub. Buna görə də tranzit vaxtı minimuma endirmək üçün ən yaxşı həll birbaşa Böyük Britaniyaya uçuşu təmin etmək olub.

Belə ki, Avropanın bütün yükdaşımaları üzrə aparıcı aviaşirkəti “Cargolux” bu prosesə sponsorluq etməyə razılıq verib və ayılar ölkəmizdən Britaniyanın Uayt adasına göndərilib.

Qeyd edək ki, təşkilat Benji və Balu üçün 150 000 funt sterlinq (343 691 manat) ianə toplayıb.

Ayıların Azərbaycanda hansı restoranda saxlanılması barədə isə məlumat yoxdur. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ