Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verdi


ABŞ-da Fələstinə dəstək nümayişləri ilə gündəmə gələn Harvard Universiteti, universitetin beynəlxalq tələbə qəbulu proqramını “müvafiq qanunlara əməl etmədiyi” səbəbilə dayandıran prezident Donald Trampın rəhbərliyini məhkəməyə verib.

Turkustan.az xəbər verir ki, Harvard Universiteti Boston federal məhkəməsinə iddia qaldıraraq, ABŞ administrasiyasının universitetə ​​beynəlxalq tələbə qəbulunu dayandırmaq qərarının “konstitusiyanı pozduğunu” bildirib.

İddiada Tramp administrasiyasının bu qərarının həm universitet, həm də 7000-dən çox viza sahibi üçün "dağıdıcı təsir" edəcəyi vurğulanıb.
Müraciətdə bu addımın "Harvard Universitetinin dörddə birini təşkil edən beynəlxalq tələbə əhalisini məhv etmək məqsədi daşıdığı" və təcrübənin həyata keçirilməsinin qarşısını almaq üçün Daxili Təhlükəsizlik Departamentindən müvəqqəti məhdudlaşdırma əmri tələb ediləcəyi bildirilib.

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem X hesabında paylaşdığı açıqlamada: "Harvard Universitetinin Tələbə və Mübadilə Proqramı sertifikatının dərhal qüvvəyə mindiyini elan edirəm" deyə, bildirib.

Noem deyib ki, Tramp administrasiyası Harvardı “şəhərciyində zorakılıq və antisemitizmi qızışdırmaq və Çin Kommunist Partiyası ilə koordinasiya etmək” üçün məsuliyyət daşıyır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ