Tramp tarix verdi! Aİ 50 faiz əlavə gömrük rüsumu ilə üzləşəcək


ABŞ prezidenti Donald Tramp “Truth” sosial media hesabından verdiyi açıqlamada: “ Avropa İttifaqına 1 iyun 2025-ci ildən etibarən birbaşa 50 faizlik əlavə gömrük rüsumu tətbiq etməyi təklif edirəm ” deyib.

Turkustan.az xəbər verir ki, Trampın yazısında aşağıdakı ifadələr yer alıb; "Əsas məqsədi ABŞ-dan ticarət üstünlüyü əldə etmək olan Avropa İttifaqının öhdəsindən gəlmək çox çətin olub. Onun güclü ticarət maneələri, ƏDV vergiləri, gülünc korporativ cəzalar, qeyri-monetar ticarət maneələri, valyuta manipulyasiyaları, Amerika şirkətlərinə qarşı ədalətsiz və əsassız məhkəmə iddiaları və daha çoxu ticarət dövriyyəsinin ildə 020,000 dollardan çox kəsirinə səbəb olub. ABŞ üçün bu tamamilə qəbuledilməzdir.

Bizim onlarla söhbətimiz olduğu kimi qalır! Buna görə də mən 2025-ci il iyunun 1-dən Avropa İttifaqına birbaşa 50% tarif təklif edirəm. Əgər məhsul ABŞ-da tikilibsə və ya istehsal olunubsa, heç bir tarif tətbiq edilməyəcək. Bu mövzuya maraq göstərdiyiniz üçün təşəkkür edirik!”.

Trump tarih verdi! AB'ye ek yüzde 50 gümrük vergisi geliyor

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ