Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və Şəqri Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və süverenlik İli” və Ulu öndər heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə 22 may 2025-ci il tarixdə Gəncə şəhəri Aşıq Şəmşir adına mədəniyyət evinin akt zalında “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda konfrans keçirilib.
Konfransda YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra hakimiyyətinin məsul əməkdaşı Əli Alışanov, Kəlbəcər rayon üzrə təhsil sektorunun müdiri Namiq Rəcəbov, Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Kəlbəcər rayon komitəsinin sədri Şəlalə Məmmədova, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev, Vətən müharibəsi şəhidi Şəhriyar Mehtiyevin atası Müabriz Mehdiyev, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbirdən önçə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan xalqının xilaskarı Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayıdan bəhs edən vide - çarx nümayiş etdirilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir. Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu 1982-1987-ci illərdə də Azərbaycan gənclərinin respublikanın hüdudlarından kənarda təhsil almasına şərait yaradırdı. Tez-tez azərbaycanlı tələbələrlə görüşür, onların problemlərinin həlli üçün bütün imkanlardan istifadə edirdi. Onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirirdi. Dahi rəhbəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Onun təşəbbüsünün və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rolu olub. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərdilər. “Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Ulu Öndər müəllimə və müəllim əməyinə də yüksək qiymət verirdi. Ulu Öndərin siyasi kursunu, ideologiyasını uğurla davam etdirən cənab Prezident İlham Əliyev ölkəmizdə təhsilin keyfiyyətinin daha da yüksəlməsi üçün əlindən gələni əsirgəmir. Belə ki, bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir.Vətənpərvərlik ruhunda tərbiyə edilən Azərbaycan gəncləri Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Vətən müharibəsində öz şücaətini və rəşadətini nümayiş etdirdi və Azərbaycanın Zəfər tarixini yazıblar.
Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əli Alışanov çıxış edərək ümimmilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli məfkurə, azərbaycançılıq ideologiyası istiqamətində görülən işlərdən söz açıb: “Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlayıb, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb. Azərbaycanın hərb tarixində təhsilli zabitlərin yetişdirilməsində Cəmşid Naxçivanski adına hərbi liseyin yaradılması da Ümummilli Liderimizin birbaşa diqqəti sayəsində həyata keçirildib.
Kəlbəcər rayon təhsil sektorunun müdiri Namiq Rəcəbov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub. Heç də təsadüfi deyil ki, XX-ci əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edir.Heydər Əliyev çıxışlarının birində qeyd edib ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursuna sadiq qalaraq digər sahələrlə yanaşı, təhsilimizə də yüksək qayğı göstərir.
Vətən Müharibəsi Qəhrəmanı şəhid anar Əliyevin atası qocaman pedoqoq Vaqif Əliyev və Millli Qəhrəman Höükmə Əliyevanın atası Kəlbəcər rayon 67 nömürəli məktəbin müəllimi Cəlil Alıyev çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda böyük məna yükü daşıyan şəxsiyyətdir. O, ömrünün 30 ildən çox hissəsini müasir Azərbaycan quruculuğuna həsr edib. Ümummilli Lider Azərbaycan xalqının yüksək elmi biliyə, savada malik olduğunu və bu dəyərlərin Azərbaycanda yaranmasının müəllim, pedaqoq və alimlərimizin gərgin əməyinin nəticəsi olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir.
Kəlbəcər rayon Təhsil sektorunun əməkdaşı Aytac Məmişova, Kəlbəcər rayon 49 nömürəli məktəbin direktoru Vəsilə Cəfərova, Vətən müharibəsi qəhrəmanı şəhid Anar Əliyev adına 2 nömürəli orta məktəbin müəllimi Ərəstun Kamalov və digərləri çıxış edərək bildirdilər ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı illərdə, bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində də bir sıra uğurlar əldə edilib. Bu uğurların ilhamverici qüvvəsi və qarantı məhz Heydər Əliyev idi. Onun müdrik daxili və xarici siyasəti, yaratdığı sabitlik təhsilin inkişafına əlveişli zəmin yaradıb. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində də islahatın memarı və qurucusu idi. Onun hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində tənəzzülün, depresiyanın qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yaranıb.
Çıxış edənlər Ümummili Lider Heydər Əliyevin hakimiyyəti dövründə təhsil sahəsində aparılan islahatlardan, Ulu Öndərin təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açıb, hazırda bu diqqət və qayğının Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etdilər.
Sonda Təhsil sahəsində xidmətlər göstərən Vətən müharibəsi qəhrəmanı şəhid Anar Əliyevin anası Səkinə İsmayılova, Milli Qəhrəman Hökmə Əliyevanın atası Cəlil Alıyev və Vətən müharibəsi şəhidi Şəhriyar Mehtiyevin atası Müabriz Mehdiyev və təhsil sahəsində uzun müddət fəaliyyət göstərən 65-70 yaşı tamam olan Partiya üzvləri YAP Kəlbəcər rayon təşkilatının Fəxri fərmanları ilə təltif edildilər.
YAP Kəlbəəcr rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın xilaskarı, hüquqi dövlətçiliyimizin banisidir” Kəlbəcər rayon ümumtəhsil məktəbliləri arasında keçirilən inşa müsabiqəsinin qaliblərinə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Respublika Fənn Olimpiadasında Dil və Ədəbiyyat, Coğrafiya və İnformatika fənləri üzrə qızıl medal almış Kəlbəcər rayon məktəbinin üç şagirdi və həmin məktəbin direktorları və fənn müəllimləri YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Fəxri fərman və qiymətli hədiyələrlə mükaftlandırıblar.
Yeni Azərbaycan partiyasınının sıralarına yeni üzv qəbul edilmiş təhsil işçilərinə üzvülük vəsiqələri təqdim olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.