"Microsoft" şirkəti İsrailə etiraz edən əməkdaşını işdən çıxardı


Amerikanın “Microsoft” texnologiya şirkəti İsrailin Qəzzada törətdiyi soyqırımda şərik olduğuna görə rəhbərliyə etiraz edən əməkdaşını işdən çıxarıb.

Turkustan.az xəbər verir ki, "Microsoft"-un Azure süni intellekt xidmətləri komandasında çalışan mühəndis Co Lopezin üzvü olduğu "Apartheid üçün Azure yoxdur" fəal hərəkatı, Lopezin mayın 19-da etdiyi etirazdan sonra işdən çıxarılma məktubunun göndərildiyini açıqladı.

Lopezin əsas nitqini yarımçıq kəsərək şirkət rəhbərliyinə etiraz etdikdən sonra "Microsoft" onun işinə xitam verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ