Xəbər verildiyi kimi Bakıda bir nəfər 9 ədəd qaşıq udub.
Saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.
İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib. Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.
Məsələnin təfərrüatlarını öyrənmək üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik.
Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin müdiri Günay Kazımova Bizim.Media-ya açıqlamasında bildirib ki, 9 qaşıq udan şəxin 55 yaşı var:
Bildirilib ki, 19 may tarixində saat 01:00 radələrində Çağrı Mərkəzimizə daxil olan zəng nəticəsində ağır vəziyyətdə olan bir vətəndaş barədə məlumat daxil olub. Şəxsin yad cisim udması səbəbilə təcili tibbi müdaxiləyə ehtiyacı olub.
Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb. Endoskopik müdaxilə 4 saat davam etmiş və nəticə etibarilə zərərçəkənin vəziyyəti stabilləşdirilmişdir.
Xəstəxana rəsmisi onu da əlavə edib ki, pasiyentin bu hərəkətinin onun psixi vəziyyəti ilə əlaqədar olduğu ehtimal edilir və vəziyyət təcili tibbi müdaxilə tələb edirdi.
xxx
Bakıda bir nəfər 9 ədəd qaşıq udub.
Modern.az-a daxil olan məlumata görə, saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasınatəcili tibbi yardım üçün müraciət olunub.
İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.
Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub. Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Hazırda pasiyentin vəziyyəti stabildir və reanimasiya şöbəsində nəzarətdə saxlanılır.