“1000-ə 1000” mübadiləsi çərçivəsində 390 məhbus Ukraynaya qaytarılıb.
Turkustan.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski Telegram -da məlumat verib .
"Biz insanlarımızı vətənə qaytarırıq. "1000-in 1000-ə" mübadiləsi ilə bağlı razılaşmanın birinci hissəsi həyata keçirilib. Bu razılaşma Türkiyədə keçirilən görüşdə əldə olunub və onun tam şəkildə həyata keçirilməsi vacibdir", - Zelenski qeyd edib.
"Kömək edən, ukraynalıların evlərinə qayıtması üçün 7/24 çalışan hər kəsə təşəkkür edirəm. Əsirlikdə olan hər kəsin geri qaytarılması çox vacibdir. Biz hər bir ad, hər bir şəxs haqqında məlumatları yoxlayırıq", - Zelenski vurğulayıb .
Aytən Yaşar/ Turkustan.az