Oman: İran-ABŞ danışıqlarında əhəmiyyətli irəliləyiş yoxdur


İran və ABŞ arasında Romada keçirilən nüvə danışıqları yekunlaşıb.

Turkustan.az xəbər verir ki, Omanın xarici işlər naziri Bədr əl-Busəidinin verdiyi açıqlamaya görə, görüş nəticəsində müəyyən irəliləyişlər olsa da, qəti irəliləyiş əldə olunmayıb. Oman danışıqlarda vasitəçi rolunu öz üzərinə götürür.

Əl-Busaidi davamlı və şərəfli razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.

İranlı mənbənin sözlərinə görə, danışıqlar davam etdiriləcək. Növbəti danışıqların yeri və vaxtı Oman tərəfindən müəyyən ediləcək.

Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Erakçi, ABŞ-ı isə prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edib.

Bu arada İran hökumətinə müxalif olan iki şəxs danışıqların aparıldığı iqamətgahın ətrafında Tehran hökumətinə etiraz edib.

İki nəfər əllərində 1979-cu ildə İranda devrilmiş şahın oğlu Rza Pəhləvinin posterləri və indiki İran hökumətinin onları təmsil etmədiyinə dair plakatlar qaldırıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ