Bakı avtobusunda qəribə olay: əlibıçaqlı qadın… – VİDEO


Bakıda marşrut avtobusuna əlində bıçaqla daxil olan qadın digər sərnişinlərin təşviş keçirməsinə səbəb olub.

Turkustan.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

“Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələməyə başlayıb.

Sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

Görüntülərdən qadının ruhi-psixoloji vəziyyətinin yerində olmadığı görünür:


MANŞET XƏBƏRLƏRİ