Kreml: Ukrayna ilə növbəti danışıqlara hər iki tərəf razılaşmalıdır


Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə növbəti danışıqlar yeri ilə bağlı hələ qərar verilmədiyini söyləyib.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Ukraynanın son vaxtlar Rusiyaya, xüsusən də Moskvaya qarşı İHA hücumlarının artmasına münasibət bildirən Peskov: "Kiyev rejimi düşmənçilik hərəkətlərini davam etdirir. Mülki və sosial infrastruktur elementlərinə hücumlar həyata keçirir və Kiyev rejimi mövcud vəziyyətdə fundamental mahiyyətini qoruyur" deyib.
Peskov qeyd edib ki, Rusiya hava sistemləri hücumları uğurla dəf edib.

"Növbəti danışıqlar yeri ilə bağlı hələlik heç bir qərar və ya razılaşma yoxdur. Bu qərarı tək bir tərəf verə bilməz və hər iki tərəf təsdiq etməlidir. Bu qərar təbii ki, vaxtı gələndə veriləcək"-deyə, Peskov Ukrayna və Rusiya arasında danışıqlar üçün seçiləcək növbəti məkana toxunub.

Rusiya və Ukrayna nümayəndə heyətləri təxminən üç ildən sonra ilk dəfə mayın 16-da İstanbulda, Dolmabahçe Rəyasət Heyətinin binasında bir araya gəldi.

Türkiyə tərəfi Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlar prosesində irəliləyiş əldə etməsini təmin edərək, məhbus mübadiləsi razılaşmasının əldə olunmasında əsas rol oynayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ