Britaniyadakı müsəlmanlardan Starmerə məktub: İsrailə silah satışını dayandırın!


İngiltərənin ən böyük məscidləri və müsəlman təşkilatları baş nazir Keir Starmerə açıq məktub yazaraq hökuməti İsrailə silah satışını dayandırmağa və Fələstini tanımağa çağırıb.

Turkustan.az xəbər verir ki, Şərqi London Məscidi, Birmingem Mərkəzi Məscidi, Finsberi Park Məscidi və Regents Parkdakı İslam Mədəniyyət Mərkəzi də daxil olmaqla 44 aparıcı təşkilatdan Baş nazir Starmerə açıq məktub yazılıb, Böyük Britaniya hökumətinin Qəzzada aclığın və mülki əhalinin iztirablarının qarşısını almaqda uğursuzluğunu pisləyib.

"18 aydan artıqdır ki, Qəzzada dözülməz iztirab və dağıntıların şahidi olduq. Aydındır ki, İsrail beynəlxalq humanitar hüququ pozaraq, aclıq silahından müdafiəsiz mülki əhaliyə qarşı müharibə vasitəsi kimi istifadə edir".

Məktubda Baş nazir Starmerdən Qəzzada dərhal atəşkəs, məhbusların azad edilməsi, Qəzzanın blokadasına son qoyulması, Fələstin dövlətinin rəsmi tanınması və İsrailə hər cür silah satışının dayandırılması tələbi ilə dörd bənddən ibarət bir sıra tədbirlər görməyə çağırılıb.

Məktubda qeyd olunub ki, İsrailin məsuliyyətə cəlb edilməməsinə göz yummaqla Britaniya hökuməti beynəlxalq hüquq və insan haqları ilə bağlı öz öhdəliklərini pozmaq riski daşıyır. “Mənalı diplomatik və ya humanitar müdaxilənin olmaması və İsrailə davamlı maliyyə dəstəyi Böyük Britaniyanın beynəlxalq hüquqa, ədalətə və insan hüquqlarının qorunmasına sadiqliyini pozur”-deyə, bildirib.

Həmçinin iki dövlətli həllin ədalət əsasında qurulması lazım olduğu bildirilərək, "Sülh prosesi ədalət, bərabərlik və beynəlxalq hüquqa əsaslanmalıdır" ifadəsi əlavə edilib. deyildi. Bundan əlavə, məktubda Fələstin Dövlətinin rəsmi tanınması və beynəlxalq konsensusa və Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə uyğun hərəkət etməyə çağırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ