Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcəklər.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Pasportlar haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. /Cebheinfo.az/