ÜST kosmetik məhsullarla bağlı xəbərdarlıq etdi


ÜST kosmetik məhsullardakı talk mineralının xərçəngə səbəb ola biləcəyini bildirdi.

Turkustan.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) kosmetik məhsullarda tapılan talk mineralının "insanlarda xərçəngə səbəb ola biləcək mümkün kanserogen" kimi təsnif edildiyini açıqlayıb.

IARC-dən verilən açıqlamada 29 tədqiqatçının kosmetik məhsullarda tapılan “talk”la bağlı elmi araşdırmaları araşdırdığı bildirilib.

Açıqlamada insanların mədənlərdə və kağız sənayesində işləyərək və ya kosmetik məhsullar istifadə edərək "talk" mineralına məruz qaldığı ifadə edilərək, istifadə etdiyini bildirən qadınlarda yumurtalıq xərçəngi hallarının davamlı olaraq artdığı vurğulanıb.

Açıqlamada təbii olaraq asbest minerallarının yanında aşkar edilən "talk"ın "Qrup 2A (mümkün)" kanserogen maddəsi olaraq təsnif edildiyi və mineralın sınaq heyvanlarında xərçəngə səbəb olduğuna dair "kifayət qədər sübut" olduğu qeyd edilib.

Açıqlamada, araşdırılan elmi məqalələrdəki tapıntıların "talka" məruz qalan dişi siçanlarda bədxassəli şişlərin, erkək siçanlarda isə həm xoşxassəli, həm də bədxassəli şişlərin aşkar edildiyi bildirilib.

IARC-nin tapıntıları "The Lancet Oncology" jurnalında dərc olunan məqalədə yer alıb.

İyunun 12-də Amerika kosmetika və gigiyenik məhsullar istehsalçısı Johnson & Johnson, körpə pudrası və digər talk əsaslı məhsulların xərçəngə səbəb olduğunu iddia edərək, 42 ​​ştat və paytaxt Vaşinqtonun apardığı araşdırmaları həll etmək üçün 700 milyon dollar ödəməyə razılaşıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ