Kimyəvi məhsullardan istifadə etməklə yanaşı, təbii saç məhsulları da saç problemlərini daha tez aradan qaldırmağa kömək edir.
Turkustan.az xəbər verir ki, mövsümi dəyişikliklər, stress, yağlılıq və bəzi genetik problemlər saçınızın quruluşuna təsir edir. Saç tökülməsinin qarşısını almaq üçün vitaminlərlə zəngin qidalardan istifadə etmək etməli olduğunuz əsas şeylərdən biridir.
Saça qulluq dedikdə ağla ilk gələnlərdən biri saç maskalarıdır. Təbii ki, evdə təbii yolla hazırladığınız saç maskaları digər məhsullara nisbətən daha çox effektiv nəticə verir.
Müntəzəm olaraq tətbiq olunan maskalar tökülən saçları tez bir zamanda əvəz edəcək sağlam saçlara sahib olmağa imkan verir. Saç baxımında ən çox istifadə edilən məhsullar isə gənəgərçək, zeytun, badam və jojoba yağı kimi təbii yağlardır.
Mütəxəssislər saçları canlandıran təbii maskalardan həftədə ən azı bir dəfə istifadə etməyi tövsiyə edirlər.
Həmin maskanı təqdim edirik:
2 xörək qaşığı gənəgərçək yağı, 1 yumurta sarısı və 1 xörək qaşığı bal. Bütün məhsulları yaxşıca qarışdırın və əvvəlcə saç köklərinə tətbiq etməyə başlayın. Qalan hissəni bütün saçlarınıza çəkin. 2-4 saat gözlədikdən sonra şampunla təmiz yuyun.
Saç tellərini gücləndirməkdə təsirli olan bal, tərkibindəki protein miqdarı sayəsində saça müsbət təsir edir. Gənəgərçək yağı saç tellərini yumşaltmağa kömək edir. Xüsusilə, buruq və dalğalı saç tipləri üçün mükəmməl effekt verir.
Cəmi 3 inqrediyentdən ibarət olan bu qarışımı mütəmadi olaraq 2 ay təkrar etsəniz təsirini görə bilərsiniz.
Saç üçün təsirli olan fərqli üsullardan biri də soğan suyudur.
Saç tökülməsinə qarşı tövsiyə edilən soğan qədim Misir dövründən istifadə edilir. Faydalı qulluq vasitəsi olan soğan suyu ağarmış saçları belə təbii rənginə qaytara bilər.
Qidalandırıcı xüsusiyyəti ilə kökdən uca təsirli olan bu qarışıq saç köklərindəki yaraları və mikrobları təmizləyir.
Soğanın tərkibində olan kükürd saçdakı göbələk və iltihab kimi problemlərin aradan qaldırılmasına da kömək edir. Soğan suyu baş dərisindəki məsamələri açaraq yeni saçların uzanmasına kömək edir. Bu, saç tökülməsi ilə yanaşı, saçda eqzema (Eqzema fərqli səbəblərlə ortaya çıxa bilən dəridə qızarıqlıq, qaşıntı kimi əlamətlərlə ortaya çıxan dəri xəstəliyidir) və qaşınmanı da aradan qaldırır. /Yenisabah.az/