Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva respublikanın Xarici İşlər Nazirliyinin rəhbərinin və yüksəkrütbəli dövlət qulluqçularının saxlanılması xəbərlərini təkzib edib.
Turkustan.az-ın xəbərinə görə, bu barədə "Ulysmedia.kz" nəşri məlumat verib.
Aida Balayevanın sözlərinə görə, bəzi rəsmi KİV-lər və anonim "Telegram" kanalları dövlət qulluqçularının saxlanması ilə bağlı təsdiqlənməmiş məlumatlar yayırlar.
"Yadda saxlamaq lazımdır ki, yayılan məlumatların düzgünlüyünü, təqsirsizlik prezumpsiyası prinsipini, eləcə də jurnalist etikasını yoxlamaq öhdəliyi var. Çox vaxt təsdiqini tapmayan "xayp" (məqsədyönümlü şəkildə informasiya dalğası yaratmaq - red.) təfərrüatlarına can atan jurnalistlər yadda saxlamalıdırlar ki, bu cür məlumatlar vətəndaşlara və onların yaxın qohumlarına xələl gətirə, onların şərəf və ləyaqətini alçalda, mahiyyətcə böhtan ola bilər", - deyə nazir qeyd edib.
Aida Balayeva KİV-lərin və jurnalistlərin zəruri öhdəliklərə əməl etməyə çağırıb.
O xatırladıb ki, yalan məlumatın yayılmasına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.
13:31
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıblar.
Oxu.Az Orda.kz-yə istinadən xəbər verir ki, onlarla bərabər, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksəkvəzifəli əməkdaşları da saxlanılıblar.
Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr təsdiqləyiblər.
Murat Nurtleu Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacı Hacıyevin evində axtarış aparıblar.