Son aparılan araşdırmalar göstərir ki, COVİD-19 əleyhinə olan "Pfizer", "Moderna" və "AstraZeneca" peyvəndləri yaşlı qadınlarda qanaxma ehtimalını 2-3 dəfə artırır.
Turkustan.az "Daily Mail"ə istinadən xəbər verir ki, Norveçdə COVİD-19 peyvəndlərinin mənfi nəticələrini öyrənmək üçün 20 000 qadın arasında araşdırma aparılıb. Araşdırmanın nəticələri "Science Advances" jurnalında dərc olunub. Məlum olub ki, koronavirusa qarşı peyvənd etdirən qadınlarda gözlənilməz qanaxmalar baş verib.
Peyvəndlərin menstrual dövrlərə təsir etdiyini göstərən əvvəlki tədqiqatlara əlavə olaraq, son araşdırma qeyri-adi vaginal qanaxma riskinin xüsusilə peyvənddən sonra 4 həftə ərzində artırdığı irəli sürülüb.
Peyvəndin təsiri ilə menopoz və postmenopoz zamanı qadınlarda qanaxma müşahidə edildiyi qeyd edilən araşdırmada koronavirus vaksinlərinin ilk tətbiq edildiyi 2021-ci ilə aid məlumatlar araşdırılıb. Elm adamları qanaxmaların səbəbinin tam olaraq bilinmədiyini, ancaq peyvəndin təsiri ilə toxumalardakı dəyişikliyin hormon səviyyələrinə təsir etdiyini vurğulayıblar.
Menopoz sonrası qanaxma qadınlarda xərçəng kimi ciddi xəstəliklərin əlaməti olaraq görülə bilər. COVİD peyvəndi ilk dəfə tətbiq olunduğu zaman bir çox qadın menstrual tsikllərində böyük dəyişikliklər olduğunu bildirmiş, elm adamları isə bu vəziyyətin müvəqqəti olduğuna və təhlükə yaratmadığını qeyd etmişdilər.
Oslodakı Norveç Xalq Sağlamlığı İnstitutunda aparılan araşdırma müəllifi Kristine Blixin sözlərinə görə, pandemiyanın təsirlərini izləmək üçün iştirakçılara iki həftədə bir sorğu anketləri göndərilib.
"2021-ci ildə göndərilən COVID-19 peyvəndlərini əhatə edən ilk sorğuda bəzi qadınlar ağır menstrual qanaxma yaşadıqlarını bildiriblər. Bu, bizi əsaslı şəkildə qanaxma nümunələri istəməyə sövq etdi", - o deyib. /publika.az/