Zəngəzur dəhlizi: Ankarada ABŞ səfirinin sözləri barədə nə deyirlər?


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası ABŞ-nin Ermənistan ərazisindən keçən dəhlizi idarə etmək niyyəti ilə bağlı informasiyalardan xəbərsiz olduqlarını bildirib.

Turkustan.az xəbər verir ki, bu barədı Birləşmiş Ştatların Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndə Tomas Barak məlumat yayıb.

O bildirib ki, ABŞ Bakı ilə İrəvan arasında danışıqları irəlilətmək məqsədilə İran sərhədi yaxınlığında nəqliyyat dəhlizini idarə etməyə hazırdır.

"Onlar 32 kilometr yol ucabtından mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil, - Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib. - Amerika məsələyə müdaxilə edir və deyir: "Yaxşı, bu işin qulpundan biz yapışırıq. 32 kilometr yolu bizə 100 illik icarəyə verin".

“Bundan xəbərimiz yoxdur, ona görə də heç nə şərh edə bilmərik”, – "RİA Novosti"-yə Ərdoğan administrasiyasından bildiriblər.

Bundan əvvəl Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, Ermənistan Azərbaycanı Naxçıvanla birləşdirən ərazisinə nəzarəti üçüncü tərəfə verməni müzakirə etmir. //yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ