Xərçəngə qarşı peyvənd uğurlu oldu


İngiltərədə aparılan xərçəng peyvəndinin klinik tədqiqatlarında bir xəstədə böyük inkişaf qeydə alınıb.

Turkustanı.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Biontech tərəfindən hazırlanmış mRNA peyvəndi ilə xərçəng müalicəsində perspektivli irəliləyişlər əldə edilib. Belə ki, Adrian Teylor adlı bir şəxs ötən il ağciyər xərçəngi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun sağ ağciyərində 6 şiş olub və onlardan ən böyüyü 9 millimetr diametrdə idi. 9 millimetrlik şiş bir neçə ay ərzində 25 millimetrə qədər böyüyüb.

Xərçəng sürətlə irəlilədiyindən həkimlərin fikrincə, Taylorun sağ qalmaq şansı olmayıb.

Verilən məlumatlara əsasən, Adrian Taylor mRNA əsaslı xərçəng peyvəndinin klinik sınaqlarında iştirak etmək üçün müraciət edib. Liverpuldakı Clatterbridge (Kleytirbridge) Xərçəng Mərkəzində onun müalicəsinə başlanılıb.

Burada Teylora mRNT peyvəndi ilə birlikdə "Pembrolizumab" adlı yeni dərman da verilib. Peyvənd xərçəng hüceyrələrini öldürərək yeni immun hüceyrələrini aktivləşdirib. Və beləliklə, Adrian Taylor ilk dozanı noyabr ayında qəbul edib. Üç həftədən bir yeni doza verilib. Hər səkkiz həftədən bir isə müayinə həyata keçirilib.

Qeyd edək ki, son müayinəsindən sonra, onun ağciyərindəki şişlərdən biri istisna olmaqla, hamısı yoxa çıxıb. 25 millimetrlik şiş 4,6 santimetrə qədər kiçilib. Taylor xəstəliyi tam bitənə qədər müalicəsini davam etdirəcək. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ