Tramp: Bunların hamısı böyük bir yalandır


ABŞ Prezidenti Donald Tramp süni intellektin (AI) təhlükəli səviyyəyə çatmasının qarşısını almaq üçün texnologiyanın inkişafının yavaşladılmasına dair çağırışları və bu istiqamətdəki narahatlıqları “böyük bir yalan” adlandırıb.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.

O, “Anthropic” şirkətinin baş direktoru Dario Amodeinin açıqlamasına istinad edərək, sənaye liderlərinin öz şirkətlərini iflasa sürükləyə biləcək qaydaların tətbiqini tələb etməsinin biznes tarixində hansı nümunəsinin olduğunu soruşub.

Tramp həmçinin süni intellektin dünyanı ələ keçirərək bəşəriyyəti məhv edə biləcəyi ilə bağlı ehtimalların “böyük bir yalandan başqa bir şey olmadığını” bildirib. O, bu iddiaları daha əvvəl Rusiya, Ukrayna və özünə qarşı aparıldığını dediyi “impiçment kampaniyaları” ilə müqayisə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ