NATO Litva hava məkanına daxil olan dronu vurdu


Litva prezidenti Gitanas Nauseda ölkəsinin hava məkanına daxil olan pilotsuz uçuş aparatının (PUA) NATO qırıcıları tərəfindən vurulduğunu açıqladı.

Turkustan.az xəbər verir ki, prezident Nauseda özünün X sosial media hesabında bildirib ki, "Litva hava məkanına yeni daxil olan pilotsuz təyyarə NATO qırıcıları tərəfindən məhv edilib. Müttəfiq heyətinə çevik reaksiyalarına görə təşəkkür edirəm."

Nauseda Rusiyanın Ukraynaya qarşı təcavüzünü gücləndirdiyi bir vaxtda bu cür hazırlıqların region üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib və əlavə edib ki, "Litva öz hava məkanını NATO müttəfiqlərimizlə birlikdə qoruyacaq".

Litva Milli Radio və Televiziyasının (LRT) məlumatına görə, ilkin qiymətləndirmələr göstərir ki, Belarusdan Litva hava məkanına daxil olan pilotsuz təyyarə Kaunas əyalətinin Kaisiadorys rayonunun Pratkunai kəndi yaxınlığında məhv edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ