İran Hindistanla əməkdaşlığa başlayır: Pezeşkiandan etiraf


İran Prezidenti Məsud Pezeşkian Hindistanın ölkəsinin cənub-şərqində, Ərəbistan dənizi sahilində yerləşən Çabahar limanında müxtəlif sahələrdə əməkdaşlıq edə biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, İran mediasının məlumatına görə, Pezeşkianın Hindistanın “India Today” telekanalına müsahibəsinin ikinci hissəsi yayımlanıb.

Pezeşkian Çabahar limanı ilə bağlı bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını vurğulayıb. O bildirib ki, Hindistan İranla limanda ticarət də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlıq edə bilər.

Hindistanın Baş naziri ilə münasibətlərimiz gündən-günə yaxşılaşır”, – deyə, Pezeşkian qeyd edib.

İran prezidentinin sözlərinə görə, Rusiya və Çin ölkəsinin dostlarıdır və Tehran hər iki dövlətlə yaxşı münasibətlərə malikdir. O, İranın Hindistanla əlaqələri də daha da dərinləşdirmək istədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ