Londonun şimalında yerləşən Enfild bölgəsində 60-dan çox uşaq qızılca epidemiyasına yoluxub.
Turkustan.az xəbər verir ki, bu barədə “Sunday Tayms” qəzeti məlumat yayıb.
“Şimali London bölgəsində yeddi məktəb və bir uşaq bağçasında 60-dan çox şübhəli qızılca halı barədə xəbərdarlıq edilib. Bəzi uşaqlar xəstəxanada müalicə olunub. Paytaxtda MMR peyvəndinin aşağı səviyyədə olması ilə bağlı narahatlıqlar var.
Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, bu xəstəliyə 40 000 - 160.000 arasında insan yoluxa bilər”, - məlumatda bildirilib. /axar.az/