Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiyanı ələ keçirmək istəyinin davam etdiyini bildirib və əlavə edib ki, Qrenlandiya xalqı əvvəllər heç vaxt bu şəkildə təhdid olunmayıb.
Turkustan.az xəbər verir ki, Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransında "Arktika Təhlükəsizliyi" adlı panel keçirilib.
Burada çıxış edən Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiyanı ələ keçirmək istəyinin davam etdiyini qeyd edərək, Qrenlandiya xalqının əvvəllər heç vaxt bu şəkildə təhdid olunmadığını əlavə etdi.
Frederiksen Qrenlandiyaya göstərilən təzyiqin qəbuledilməz olduğunu vurğulayaraq, onun suverenliyi və ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bildirib.
Aytən Yaşar/ Turkustan.az