İran yenə Trampı qəzəbləndirdi: Heç bir güc bizi sarsıda bilməz!


İran Xarici İşlər Nazirliyi-nin sözçüsü İsmayıl Bekayi bildirib ki, İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququ fundamental və ayrılmazdır və heç bir təzyiq və ya siyasi mövqe bu hüququ sarsıda bilməz.

Turkustan.az xəbər verir ki, İsmayıl Bekayi qatıldığı proqramda İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində dinc nüvə enerjisindən istifadə hüququ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə aparılan yoxlama prosesi barədə də açıqlamalar verib.

Bekayi vurğulayıb ki, NPT üzv dövlətlərə dinc nüvə enerjisindən istifadə hüququ verir: “Bu müqavilə nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədilə hazırlanıb və 4-cü maddə üzv dövlətlərin nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu tanıyır. İran 1970-ci ildən NPT-nin üzvüdür və bu müddət ərzində bütün öhdəliklərini yerinə yetirib. Eyni zamanda, hər fürsətdə müqavilədə nəzərdə tutulan hüquqlarından istifadə etməli olduğunu vurğulayıb. Lakin bəzi nüvə silahına malik ölkələrin birtərəfli və siyasi yanaşmaları hətta dinc nüvə fəaliyyətlərinə belə şübhə ilə yanaşılmasına səbəb olub.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ