Xəbərdarlıq: Yer kürəsində maqnit fırtınası başlayıb


Fevralın əvvəlindən bəri Yer kürəsində ikinci maqnit fırtınası baş verir.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi məlumat yayıb.

Hesabatda deyilir: "Planetin fevral ayındakı ikinci maqnit fırtınası bu gecə başlayıb və hazırda zəif və orta diapazondadır".

Maqnit fırtınası Bakı vaxtı ilə təxminən səhər saat 6:00-da pik həddə çatıb və beş ballıq şkala üzrə G1.3-ə çatıb. Mütəxəssislər fırtınanın gözləniləndən təxminən 24 saat əvvəl başladığını bildiriblər.


MANŞET XƏBƏRLƏRİ