ŞOK İDDİA: Netanyahu və Tramp İranla bağlı razılığa gəldilər


ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun bu həftə Ağ Evdə keçirdikləri görüşdə İrana, xüsusən də Çinə neft satışı ilə bağlı iqtisadi təzyiqi artırmaq barədə razılığa gəldikləri iddia edilib.

Turkustan.az xəbər verir ki, Amerika xəbər platforması Axios-a danışan iki ABŞ rəsmisi, 11 fevralda Ağ Evdə Tramp və Netanyahu arasında keçirilən görüş barədə məlumat verib.

Rəsmilərin sözlərinə görə, Tramp və Netanyahu ABŞ-ın İrana iqtisadi təzyiqi, xüsusən də İranın Çinə neft satışı vasitəsilə artıracağı barədə razılığa gəliblər.

Buna uyğun olaraq, İranın neft ixracatının 80 faizindən çoxunun Çinə getdiyindən, Çinin İrandan neft alışını azaltması halında, bu, İrana iqtisadi təzyiqi əhəmiyyətli dərəcədə artıracağı qiymətləndirilib.
ABŞ rəsmiləri bildiriblər ki, İrana qarşı bu maksimum təzyiq kampaniyası, İranla nüvə danışıqları və diplomatiya uğursuz olarsa, mümkün hücumlara hazırlıq məqsədilə Yaxın Şərqdə davam edən hərbi quruculuqla birlikdə aparılacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ