“Direktorların qəbuluna düşmək mənim qəbuluma düşməkdən daha çətindir” - NAZİR


Elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxış edib.

Turkustan.az-ın məlumatına görə, nazir müəllimlərin işə qəbul prosesinin uğurlu olduğunu və belə davam edəcəyini bildirib.

"İstəyimiz odur ki, təhsilin məzmunu və müəllimlərin keyfiyyəti artsın. Öz fənnini bilməyən müəllimlərlə əməkdaşlıq etmirik, müqavilələri uzatmırıq. Bunu sevə-sevə etməsək də, məcburuq", - nazir qeyd edib.

Emin Əmrullayev bəzi məktəb direktorlarından narazılıq ifadə edib:

“Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir. Məktəb direktorları, valideynlərlə siz görüşürsünüz, siz onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız? Mən istəyərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq”. (modern.az)


MANŞET XƏBƏRLƏRİ