itasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə qərar qəbul edib.
Qeyd edək ki, “Təfəkkür” Universiteti ilə bağlı böyük əks-səda doğuran hadisə də unudulmayıb. Söhbət “Təfəkkür” Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsindən gedir. Prorektor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi.
M.Atakişiyev 2016-cı ildə “Təfəkkür” Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Universitet isə az sonra fəaliyyətini dayandırmışdı. Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə 2023-cü ilin noyabrında məlumat yayıb və sabiq rektor Müşfiq Atakişiyev həbs edilib.
Qafqaz Universiteti - 1993-cü ildə Bakı şəhərində fəaliyyətə başlayıb. Universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayan "Çağ Öyrətim İşlətmələri" şirkətinin təhsil kompleksinin ən yüksək pilləsi idi. 1995-ci ildən başlayaraq universitet tələbə qəbulunun nəticələrinə görə özəl ali məktəblər arasında reytinq cədvəlinə başçılıq edirdi. Burada bakalavr pilləsində 20, magistratura pilləsində 10, aspirantura pilləsində 4 ixtisas üzrə təhsil verilirdi. Qafqaz Universitetinin fəaliyyəti 2017-ci il yanvarın 16-da dayandırılıb. Universitetdə təhsil olan tələbələrin onun bazasında yaradılan Bakı Mühəndislik Universitetinə köçürülməsinə qərar verilib.
Qeyri-rəsmi ehtimallara görə, Qafqaz Universitetinin bağlanmasına səbəb onun Türkiyədən ABŞ-a qaçmış FETÖ təşkilarının başçısı Fətullah Gülənlə əlaqəli hesab edilməsi idi.
Bakı İslam Universiteti - Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdı. Bakı İslam Universitetində 2 fakültə vardı: İslamşünaslıq və Şəriət fakültələri. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunurdu.
Bakı İslam Universiteti 1991-ci ildən açılandan bağlanana kimi Hacı Sabir Həsənlinin rektorluğu altında fəaliyyət göstərib.
2018-ci ildə Bakı İslam Universiteti fəaliyyətini dayandırdı. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından sonra onun fəaliyyətinə ehtiyac duyulmadı.

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən daha bir özəl universitet bağlanıb. Belə ki, həmin ilin fevralında “Naxçıvan” Universitetinin təsisçiləri ali məktəbin fəaliyyətinin dayandırlması üçün Elm və Təhsil Nazirliyinə müraciət ediblər. Müraciət təmin olunub.
2024-cü ildə “Naxçıvan” Universitetində oxuyan 4-cü kurs tələbələri məzun olandan sonra, təhsil ocağına yeni qəbul aparılmayıb. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürülüblər.
"Naxçıvan" Universiteti 1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağı idi. Burada 4 fakültə, 10 kafedra fəaliyyət göstərir, 1500-dək tələbə təhsil alır, 100-dək işçi çalışırdı.
Gəncə Elm-Təhsil Mərkəzi – bu təhsil müəssisəi 2001-ci ildı tərkibindəki 3 ali məktəblə birlikdə ləğv edilib.
Qeyd edək ki, Azərbaycanda bağlanan özəl universitetlərlə yanaşı, həm də onların ayrı-ayrı rayonlardakı filiallarının faəliyyətinə son verilib.

Rəsmi məlumata görə, 1999-cu ildə keçmiş Təhsil Naziriliyində aparılan araşdırmaların nəticələri əsasında müxtəlif özəl ali məktəblərin 18 filialı bağlanıb. Onların hamısının qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Dövlət qeydiyyatından keçməmiş həmin filialların verdiyi diplomlar isə etibarsız hesab olunub.
Keçmiş təhsil nazir Misir Mərdanov mətbuatdakı çıxışlarının birində bununla bağlı adlar çəkərək bildirib ki,
San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialının Göyçay və Bərdə filialları;
N.Gəncəvi adına Gəncə Universitetinin Ağcabədi filialı;
Bakı Biznes Universitetinin Ağcabədi filialı;
Odlar Yurdu Universitetinin Ağcabədi filialı;
Azərbaycan Beynəlxalq Universitetinin Ağcabədi filialı;
Gəncə Elm-Təhsil Mərkəzinin Beyləqan, Zaqatala filialları;
“Təfəkkür” Universitetinin Salyan, Əli Bayramlı (Şirvan), Quba filialları bölgələrdə fəaliyyətinə xitam verilən təhsil müəssisələri olub.
Bundan başqa, xarici ölkə ali təhsil müəssisələrinin Azərbaycanda qanunsuz yaradılmış 16 filialı və tədris məntəqəsi də keçmiş Təhsil Naziriliyi tərəfindən qapadılıb.
Belə ki, keçmiş Təhsil Nazirliyinin vəsatəti əsasında məhkəmənin müvafiq qərarları ilə 2000-ci illərin əvvəllərində Dağıstan Dövlət Universitetinin Bakı filialı;
Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı;
Cənubi-Rusiya Humanitar İnstitutunun Bakı filialı;
Kiyev Reklam İnstitutunun Bakı filialı;
Moskva Hüquq və İdarəetmə Akademiyasının Bakı filialı;
Dnepropetrovsk Milli Universitetinin Bakı filialı;
habelə Rusiya Federasiyası Maymonid adına Dövlət Klassik Akademiyasının Bakı tədris məntəqəsi bağlanıb .
Araşdırmalar zamanı məlum olub ki, həmin müəssisələr tərəfindən qanunsuz tələbə qəbulu aparılıb, mövcud qanunvericiliyə zidd olaraq məzunlara diplomlar verilib, tələbələrin icazəsiz köçürülməsi həyata keçirilib.