Rusiya Ukraynada ABŞ müəssisəsini vurub – “Quardian”


Rusiyanın ötən həftə Kiyevə endirdiyi hücumlardan biri zamanı ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçmiş “Terminal Autonomy” korporasiyasına məxsus pilotsuz uçuş aparatları (PUA) istehsal edən müəssisə vurulub.

Turkustan.az xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, Rusiyanın ABŞ silah şirkətinə məxsus müəssisəyə ilk dəfə zərbə endirməsi kimi qiymətləndirilir:

“Rusiya dövlət mediası həmin zavodda “AQ-400 Scythe” və “AQ-100 Bayonet” PUA-larının istehsal edildiyini və burada Ukrayna-Amerika şirkətinin mütəxəssislərinin çalışdığını bildirib”.

Nəşrin mənbəsinin sözlərinə görə, hücum nəticəsində ölən olmayıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ