Son həftələr Rusiya Ukraynanın limanlarına hücumları intensivləşdirib və bu, kənd təsərrüfatı məhsullarının ixracı üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri yazıb.
Bildirilir ki, Ukraynanın taxıl və yağlı bitki məhsullarının 90 faizi Odessa və ona yaxın yerləşən Çornomorsk və Pivdennı limanları vasitəsilə ixrac olunur.
Dəniz xidmətləri göstərən Odessa şirkətinin direktoru Aleksey Smolyar bildirib ki, iri gəmiçilik şirkətləri yaz aylarından etibarən Ukraynadan uzaq dururlar. Onların yerini isə Rusiya müharibəyə başlayandan sonra ilk gəmilərini alan Yaxın Şərq şirkətləri tutub:
“Hücumların məhz məhsul yığımı dövrünə təsadüf etməsi xüsusi narahatlıq doğurur. Bu il Ukraynada 81 milyon ton taxıl və yağlı bitki məhsulu yığılacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 80 milyon ton olub”.