ABŞ senatoru Con Fettermanın İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşə şort və kapüşonlu köynəklə qatılması sosial mediada geniş müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, yayılan görüntülərdə Fettermanın görüş zamanı şort və kapüşonlu köynək geyindiyi, bəzi anlarda isə mobil telefonuna baxdığı əks olunub. Bu görüntülərdən sonra bir sıra sosial media istifadəçiləri senatorun geyim tərzini və davranışını diplomatik etiket və rəsmi protokol baxımından tənqid ediblər.
Con Fetterman senator kimi fəaliyyətə başladığı gündən etibarən rəsmi tədbirlərdə qeyri-rəsmi geyim tərzinə üstünlük verməsi ilə tez-tez gündəmə gəlib. Onun geyim seçimi daha əvvəl də ABŞ Senatında geyim qaydaları ilə bağlı müzakirələrin mövzusu olmuşdu.
Hələlik nə Fetterman, nə də İsrail tərəfi yayılan görüntülərlə bağlı rəsmi açıqlama verməyib.
Aytən Yaşar/ Turkustan.az