Tramp "tarixi razılaşma" elan etdi: HƏMAS tərksilah ediləcək


ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı fəaliyyət göstərən Sülh Komitəsinin HƏMAS və digər silahlı qrupların tərksilahı barədə "tarixi razılaşma" əldə etdiyini açıqlayıb.

Turkustan.az xəbəe verir ki, o, prosesdə vasitəçilik roluna görə Türkiyə, Qətər və Misirə təşəkkür edib.

Tramp sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Sülh Komitəsi HƏMAS və Qəzzadakı bütün digər silahlı qrupların tam tərksilahı ilə bağlı mühüm razılığa gəlib.

"Biz tarixi irəliləyiş əldə etmişik və hələ görüləsi çox iş var", – deyə ABŞ prezidenti vurğulayıb.

Trampın sözlərinə görə, tərksilah prosesi başa çatdıqca İsrail qüvvələri mərhələli şəkildə Qəzza zolağından geri çəkiləcək.

O bildirib ki, İsrail ordusunun çıxarılmasından sonra Beynəlxalq Sabitləşdirmə Qüvvələri yeni yaradılacaq Fələstin polis qüvvələri ilə birlikdə Qəzza sakinlərinin və regionun təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyət göstərəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ