Zelenski: Şimali Koreya raketləri artıq Ukraynada istifadə olunur


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ilkin məlumatlara əsasən, Rusiya Dnepropetrovsk vilayətinin Raduşne şəhərinə Şimali Koreya istehsalı olan ballistik raketlə zərbə endirib.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə öz “Telegram” kanalında paylaşım edib.

“İlkin məlumata əsasən, ruslar uzun fasilədən sonra ilk dəfə Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə ediblər. Əlbəttə, əlavə ekspertiza aparılacaq və bütün məlumatlar dəqiqləşdiriləcək. Lakin hazırkı qiymətləndirməyə görə, bu, Şimali Koreya istehsalı olan ballistik raketdir. Moskvanın Şimali Koreyanın rejimi ilə qurduğu bu əməkdaşlıq raketlər, Avropada – sərhədlərimiz yaxınlığında Şimali Koreya hərbçilərinin mövcudluğu və ukraynalı uşaqların öldürülməsi baxımından böyük təhlükə yaradır”, – deyə, Zelenski vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ