100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk


Qarşıdakı 100 gün müharibənin taleyini müəyyən edə bilər.

Turkustan.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

Tusk bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı belə qənaətə gəlib:

"Məsələ kifayət qədər aydındır: qarşıdakı 100 gün bu müharibənin nəticəsini həll edə bilər və hazırda şanslar 50-nin 50-yədir”.

O hesab edir ki, ABŞ Prezidenti Donald Tramp, "bəzi digər şəxslər" və SpeysX şirkətinin baş direktoru İlon Mask müharibənin gedişinə təsir göstərə biləcək ən nüfuzlu şəxslərdir.

Tusk həmçinin qeyd edib ki, Rusiyanın X-101 qanadlı raketinin Polşanın hava məkanına daxil olması onun Ukraynaya dəstək vermək əzmini daha da gücləndirib.

Onun sözlərinə görə, Polşanın təhlükəsizliyi birbaşa Ukrayna ordusunun, xüsusilə də hava müdafiə qüvvələrinin effektiv fəaliyyətindən asılıdır:

"Əgər ukraynalılar uzun müddətdir tələb etdikləri silahlardan daha çox alsaydılar, böyük ehtimalla bu raket Polşa istiqamətində buraxılmazdı”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ