Faiz dərəcəsini daha 25 baza bəndi artıran Avropa Mərkəzi Bankı depozit faizini 4 faizə, siyasət faizini 4,50 faizə, overnayt kreditləşmə dərəcəsini isə 4,75 faizə qaldırıb. Belə ki, bank ardıcıl 10-cu iclas üçün faiz dərəcələrini artırıb.
Turkustan.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) bazarların maraqla gözlədiyi faiz qərarını açıqlayıb. Bank faiz dərəcələrini 25 baza bəndi artıraraq, ardıcıl 10-cu dəfədir.
Qərardan sonra əmanət faizi 4 faizə, siyasət faizi 4,50 faizə, overnayt kreditləşmə faizi isə 4,75 faizə yüksəlib.
ECB-nin faiz qərarı ilə bağlı proqnozlar ekspertləri ikiyə ayırsa da, Bloomberg-in sorğusuna qatılan 34 iqtisadçıdan biri bunun sabit qalacağını proqnozlaşdırıb. 32 iqtisadçı faiz artımını proqnozlaşdırmışdı.
Avrozonada illik istehlak inflyasiyası avqust ayında bankın 2 faizlik rəsmi hədəfindən xeyli yuxarı olan 5,3 faiz olaraq davam etdi. Bank iyul ayında keçirdiyi iclasda da faiz dərəcələrini 25 baza bəndi artırıb.
Eltac/Turkustan.az