Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əksər tikinti materiallarının qiymətlərində artım müşahidə olunub.
Turkustan.az-ın açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, yanvar ayı ilə müqayisədə oktyabr ayında qiyməti ən çox artan tikinti materialı parket üçün lak olub.
Parket üçün lakın 1 litrinin qiyməti 8,08 manatdan 8,57 manata yüksələrək 6,06% artıb. Bundan başqa ruberoidin qiyməti 6,02%, lambrinin qiyməti isə 4,75% bahalaşıb.
Məbləğ baxımından isə ən böyük artım kəsilmiş taxtanın qiymətində müşahidə olunub. Bu tikinti materialının 1 kubmetrinin orta pərakəndə satış qiyməti 355,4 manatdan 368,1 manata yüksəlib. Beləliklə, kəsilmiş taxtanın qiyməti 12,7 manat və ya 3,6% artıb.
Məbləğ baxımından ikinci ən böyük artım vannanın qiymətində qeydə alınıb. Belə ki, onun orta qiyməti 314,67 manatdan 321,64 manata yüksələrək 6,97 manat və ya 2,22% bahalaşıb.
Qiyməti ucuzlaşan yeganə tikinti materialı ağac-yonqar lövhə olub. Bu materialın 1 kvadratmetrinin orta qiyməti 14,15 manatdan 14,06 manata düşərək 0,09 manat və ya 0,64% ucuzlaşıb.
Siyahıda yer alan tikinti materiallarının oktyabr ayındakı orta qiymətləri və ilin əvvəlindən baş verən dəyişikliklər belə olub:
Parket üçün lak – 1 litr 8,57 manat (+6,06%);
Divar kağızları – 1 rulon 23,68 manat (+0,68%);
Pəncərə şüşəsi – 1 kv. metr 18,32 manat (+2,35%);
Plastik pəncərə – 1 kv. metr 123,71 manat (+1,72%);
Su tənzimləyici cihaz – 1 ədəd 32,45 manat (+3,61%);
Vanna – 1 ədəd 321,64 manat (+2,22%);
Çanaq – 1 ədəd 76,10 manat (+1,20%);
Unitaz – 1 ədəd 145,62 manat (+0,31%);
Polietilen su borusu – 1 metr 1,86 manat (+1,64%);
Kanalizasiya borusu – 1 metr 2,61 manat (+1,95%);
Kəsilmiş taxta – 1 kub metr 368,07 manat (+3,57%);
Ağac-yonqar lövhə – 1 kv. metr 14,06 manat (-0,64%);
Ağac-lifli lövhə – 1 kv. metr 14,47 manat (+1,83%);
Parket – 1 kv. metr 41,22 manat (+2,92%);
Laminat parketi – 1 kv. metr 17,49 manat (+1,80%);
Kərpic – 1 ədəd 0,44 manat (+2,33%);
Sement – 50 kq 10,20 manat (+3,66%);
Metal kirəmit – 1 kv. metr 12,94 manat (+0,94%);
Ruberoid – 1 kv. metr 2,29 manat (+6,02%);
Keramik plitə – 1 kv. metr 14,98 manat (+1,28%);
Divar kağızı üçün yapışqan – 1 kq 28,06 manat (+2,52%);
Təmir-tikinti işlərində istifadə olunan alçı – 1 kq 0,30 manat (+3,45%);
Keramik plitə yapışdırıcısı – 20 kq 5,92 manat (+2,42%);
Alçı lövhə (alçıpan) – 1 kv. metr 4,67 manat (+0,65%);
Divar və ya tavan örtüyü üçün istifadə olunan plastik material (lambrin) – 1 kv. metr 7,06 manat (+4,75%). /Yeniavaz.com/